2055 nəfər karantin rejimini pozduğuna görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

2055 nəfər karantin rejimini pozduğuna görə cərimələndi

Sosial

19 Aprel 2020 19:56 666


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 18-i saat 00:00-dan aprelin 19-u saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2055 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 29 min 642 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!