Lənətli hesab edilən Sennedjem mumiyaları sərgiyə çıxarılır.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, mumiyalar bu ilin dekabr ayında, Qahirədə Misir Mədəniyyətləri Beynəlxalq Muzeyində sərgiyə çıxarılacaq.
Sennedjem Qədim Misirdə bundan 3 min 400 il əvvəl (yəni, fironlar I Seti və II Ramses dövründə) yaşadığı təxmin edilən yüksək vəzifəli məmurdur. O, arvadlarından biri və 20 qohumu ilə birgə dəfn olunub. Dördpendirli pizza
Mumiyalar 1886-cı ildə fransalı Misir araşdırmaçısı Qaston Maspero tərəfindən Deir Əl-Medinada kəşf edilib. Mumiyaların lənətli hesab edilməsinə səbəb isə onların yerləşdiyi sarkofaqı açan araşdırmaçıların müəmmalı şəkildə bir-bir ölməsidir.
Məlumata görə, sarkofaqa girən ilk 22 adamın hamısı 7 il ərzində bir-bir həyatını itirib.
Sabrina




Telegram kanalımız