233 min sayt bağlandı - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

233 min sayt bağlandı - SƏBƏB

Dünya

26 Yanvar 2025 17:18 357


Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı Milli Lotereya Administrasiyasının Baş İdarəsi qanunsuz mərc və virtual qumar oyunlarına qarşı mübarizə çərçivəsində 2023-cü ildə 168 min 30, 2024-cü ildə isə 233 min internet saytının bloklanması üçün addımlar atıb.

Yenisabah.az TRT Haber-ə istinadən xəbər verir ki, nazirlik qeyri-qanuni mərc oyunları, virtual qumar və icazəsiz tirajlarla mübarizəsini davam etdirir. Bu çərçivədə aşkarlanan saytların fəaliyyətinə son qoyulması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə Qurumuna bildirişlər göndərilib.

Nazirliyin məlumatına görə, qanunsuz mərc oyunlarına qarşı mübarizə tədbirləri fasiləsiz həyata keçirilir və bu istiqamətdə görülən işlər daha da gücləndirilir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!