25 yaşlı gənci döyüb qulağını kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

25 yaşlı gənci döyüb qulağını kəsdilər

Kriminal

19 Fevral 2022 08:31 1873


Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.

“Yeni Sabah” "Report"a istinadən məlumat verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.

Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib. Toyuqlu pizza

Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə 6 nəfər tərəfindən döyülüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!