Avropa iqtisadçılarının analizlərinə görə, qitənin ən nəhəng iqtisadiyyatına malik olan Almaniyanı yaxın gələcəkdə çətin günlər gözləyə bilər. Proqnoza görə, 2040-cı ilədək ölkənin sənaye və digər ixrac sahələrində miqrant əməyinin payı kəskin sürətdə artacaq.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Almaniya iqtisadiyyatının öz gücünü stabil saxlaması üçün 288 min işçi qüvvəsinə ehtiyacı var. Yaxın bir neçə il ərzində nəzərdə tutulan sayıda işçi qəbulu mümkün olmasa, iqtisadiyyatın 10 faiz kiçiləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu aqibət bir çox Avropa ölkəsi üçün aktualdır. “Qoca qitə” artıq bir neçə ildir demoqrafik böhranla üz-üzədir. Başda Almaniya və Fransa olmaqla, bir çox ölkələr insan resursu ehtiyacını xaricdən gələn miqrasiya hesabına qarşılayır. pizza hut
Nazim Hacıyev
Telegram kanalımız