Qubada sentyabrda baş verən qəzada xəsarət alan şəxs ölüb.
"Yeni Sabah" xəbər verir ki, Bakı-Quba yolunda sentyabrın 26-da baş verən qəzada xəsarət alan Ceyhun Yusifov xəstəxanada ölüb.
Sentyabrın 26-sı saat 20 radələrində Bakı-Quba yolunun 174-cü km-də Ağbil kəndinin ərazisində kənd sakini Ceyhun Yusifovun idarə etdiyi “VAZ-21011” markalı 40 BC 862 N-li avtomobili ağaca vurub. pizza mizza
C.Yusifov və sərnişini 2001-ci il təvəllüdlü Asim Qafarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Telegram kanalımız