“Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türkiyəli aşpaz Nüsrət Gökçənin restoranlarındakı qiymət bəlli olub.
Yenisabah.az xəbər verir ki, onun restoranının London filialındakı qiymətlər dodaq uçuqladıb.
Futbol meneceri Muzzi Özcan restoranda ona təqdim edilən çekin fotosunu sosial şəbəkədə yayıb. Marqarita pizza
Təsvirdən bir hamburgerin 100 funt (232 manat), “Koka-kola”nın isə 9 funt (21 manat) olduğu məlum olub.
Muzzi sosial şəbəkə hesabında hesab çekini paylaşaraq deyə qeyd edib: “Həyatımda bu qədər ödədiyim ən lazımsız yemək. Milli qürurumuz dedik, getdik. Üç burger 3 min 600 TL”.
Qiymətlər sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirələrə səbəb olub.
Telegram kanalımız