3 günlük körpəni xəstəxanadan qaçıran qadın yaxalandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

3 günlük körpəni xəstəxanadan qaçıran qadın yaxalandı - VİDEO

Hadisə

28 Sentyabr 2023 17:47 534


Suriyalı ailənin 3 gün əvvəl doğulan körpəsini xəstəxanadan qaçıran  S.Q adlı 51 yaşlı qadın yaxalanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. S.Q dindirilmədə cinayəti uşaq sahibi ola bilmədiyindən törətdiyini etiraf edib.

Təpəcik Təhsil və Araşdırma Xəstəxanasında özünü tibb işçisi kimi təqdim edən cani qadın 3 gün əvvəl dünyaya gələn körpəni ədyala bükərək xəstəxanadan uzaqlaşıb. Dominos pizza

Körpəsini otaqda tapmayan ana vəziyyəti xəstəxana rəhbərliyinə çatdırıb. Təhlükəsizlik kameralarındakı görüntülər körpənin qaçırıldığını isbatlayıb və dərhal polisə məlumat verilib. 

Tanınmamaq üçün hicab taxan qadının kimliyi müəyyən edilib. O, evində tutularaq polis bölməsinə aparılıb.

Nəzrin Musayeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!