3 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

3 nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Kriminal

06 Sentyabr 2022 16:39 1070


Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi yük maşını ilə törətdiyi qəza nəticəsində 3 nəfərin ölümünə səbəb olan 1995-ci il təvəllüdlü Firudin Əsədova hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, hadisə bu il yanvarın 18-də Binəqədi rayonu, Binəqədi şosesində baş verib. Belə ki, Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirib və Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobil ilə toqquşub. Nəticədə Vaz-2109 markalı avtomobildə olan 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov, 1972-ci il təvəllüdlü  Zaur Həsənov və sürücü E. Eyvazov hadisə yerində həlak olublar. 

Məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilən Firudin Əsədov ifadəsində özünü tam təqsirli bilərək bildirib ki, hadisə baş verməzdən təxminən bir həftə öncə həmin avtomobilin əyləc sistemində nasazlıq yarandığından avtomobili şirkətin dispeçerinə məlumat verərək, şirkətin təmir qarajına təhvil verib:  pizza

“Kamran mənə zəng edərək, avtomobilin təmir olduğunu və gəlib götürməyimi dedi. Qaraja gedəndə avtomobilin sökülmüş vəziyyətdə olduğunu və təmirinin yekunlaşmadığını gördüm. Ustalar mənə «Hyundai» markalı avtomobilin əyləc sistemini təmir etməyin çətin iş olduğunu dedilər. Avtomobili təhvil aldım və idarə etmək istəyəndə tormozlama prosesinin baş vermədiyini gördüm. Avtomobili təkrar təmir qarajına apardım və təmir edib təhvil verdilər. Onlara maşının əyləc sisteminin yaxşı işləmədiyini dedim. Mənə bir az sürdükdən sonra təkrar baxacaqlarını dedilər. Hadisə günü Binəqədi şossesində yolun asfalt örtüyünün buz bağlaması səbəbindən idarəetməni itirəndə avtomobilin əyləcinə basdım, lakin avtomobilin əyləc sistemində problem olduğundan, idarəetməni itirdim və yolun əks istiqamətdən Xırdalan dairəsi istiqamətində hərəkətdə olan “Vaz 2109” markalı avtomobil ilə toqquşdum. Dərhal avtomobildən  düşüb avtomobildə olan şəxslərə köməklik göstərdim.”

Zərərçəkmiş şəxs, Murad Rzayev (ad və soyad şərtidir) ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayət və tələbi yoxdur: “Maşın hərəkətə başlayandan sonra  Zaur yuxuya getmiş, mən də yola baxırdım. Elşən anidən yüksək səslə, qarşı hərəkət zolağında olan "Hyundai” markalı yük avtomobilinin hərəkət zolağına çıxdığını dedi. Həmin avtomobil idarəetməni itirmişdi və bizim avtomobilin ön hissəsi ilə toqquşdu. Həmin vaxt ətrafda olan şəxslər bizə köməklik göstərərək, avtomobildən düşürdülər və təcili tibbi yardıma zəng etdilər”.

Firudin Əsədov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. 

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!