“30 il əvvəl bu sahildə qışqırırdım” - Bəhramdan maraqlı   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“30 il əvvəl bu sahildə qışqırırdım” - Bəhramdan maraqlı VİDEO

Şou

20 İyul 2023 13:03 1809


“Yuxu” filmində rol alan Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə maraqlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, aktyor 30 il öncə filmin çəkildiyi dəniz sahilindəki görüntüsünü İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

"Əliabbas, ay Əliabbas... Düz 30 il bundan əvvəl burada Əlabbas deyə qışqırmışam. Düz 30 il əvvəl - 1993-cü ildə burada "Yuxu" filmi çəkildi. Allah Fikrət Əliyevə rəhmət etsin, o məni ilk filmimə dəvət etdi. Ondan sonra 42 filmə çəkildim. Çoxları məndən soruşur ki, film harada çəkilib? Buzovna kəndində çəkilib, bu sahildə. 30 il bundan öncə necə var idisə, bura elə də qalıb. Mən rejissorları dəvət edirəm ki, gəlib burada yeni filmlər çəksinlər" -, deyə B.Bağırzadə paylaşımında qeyd edib. Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!