30 il əvvəl baş vermiş qətlin üstü açılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, 1995-ci ilin may ayında paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslərin müştəri qismində götürülmüş kişi cinsli şəxsin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib. pizza sifarişi
Hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb.
Telegram kanalımız