30 nəfər toya buraxılmadı, şadlıq evinin sahibi cərimələndi - Samuxda

saytların hazırlanması

Evə çatdırılma

30 nəfər toya buraxılmadı, şadlıq evinin sahibi cərimələndi - Samuxda

Hadisə

26 İyul 2021 21:25 1236


Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimləri ilə bağlı monitorinq aparıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, “Çıraq Palace” şadlıq sarayında keçirilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, müəyyən edilib. Obyekt sahibi Mətləb Abbasov barəsində inzibati protokol tərtib edilib.

 Rayon ərazisində fəliyyət göstərən “Paris” şadlıq sarayında isə keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb. Toyuqlu pizza

Bundan başqa polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıncalı və Sarıqamış kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!