“300 avro verirəm, evinə qayıt” – Miqrantlara təklif

saytların hazırlanması

Evə çatdırılma

“300 avro verirəm, evinə qayıt” – Miqrantlara təklif

Dünya

07 Avqust 2021 13:50 995


Belarus vasitəsilə Litvaya daxil olan Asiya və Afrika ölkələrindən qanunsuz miqrantlar vətənlərinə qayıtdıqları üçün Litva hakimiyyətindən 300 avro məbləğində motivasiya ödənişi alacaqlar.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Litva Daxili İşlər Nazirliyi Miqrasiya Departamentinin direktoru Evelina Qudzinskayte müavinətin təyyarəyə minməzdən əvvəl nağd şəkildə veriləcəyini bildirib.

Pulu alan şəxs bir daha Litvaya qayıtsa, müavinət ala bilməyəcək. Toyuqlu pizza

Yerli mətbuatın yadığına görə, Litva hakimiyyət orqanları tərəfindən təklif edilən ödənişlər qeyri-qanuni mühacirlərin Litvaya çatdırılması üçün qanunsuz miqrasiya təşkilatçılarına ödədikləri məbləğdən xeyli azdır. Məsələn, bir çox iraqlı mühacirət üçün 10.000 avro və daha çox xərcə düşür.

İlin əvvəlindən Litva-Belarus sərhədində 4 mindən çox qanunsuz miqrant saxlanılıb ki, bu da bütün 2020-ci illə müqayisədə 50 dəfə çoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!