300 bal toplayan 9-cu sinif şagirdi: “Repetitor yanına getməmişəm”

saytların hazırlanması

Evə çatdırılma

300 bal toplayan 9-cu sinif şagirdi: “Repetitor yanına getməmişəm”

Sosial

16 Mart 2025 13:50 55398


Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu, Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Azər oğlu Əfəndiyevdir.

“Yeni Sabah” xəbər verir ki, AzEdu.az saytı Turalla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

- Tural, buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən? Dördpendirli pizza

- Bu nəticəni gözləmirdim, çox xoşbəxtəm. Hardasa, 280 bala yaxın nəticə əldə edəcəyimi düşünürdüm.

- Hansı fənn üzrə yazdıqlarından əmin deyildin?

- Məncə, imtahan elə də çətin deyildi. Riyaziyyatdan 100 bal gözləyirdim, ancaq ana dilindən açıq suallardan tam əmin deyildim.

- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?

- Xeyr, heç bir repitetorla hazırlaşmamışam.

- Hansısa ixtisas qrupu seçmisən?

- Bəli, IV qrup üzrə hazırlaşıram, tibb ixtisası üzrə təhsil almaq istəyirəm.

- Azərbaycanda təhsil almaq istəyirsən, yoxsa xarici ölkədə?

- Hələ ki buna qərar verməmişəm

- Uğurunun sirri nədir? Yaşıdlarına hansı tövsiyəni vermək istərdin?

- Dərsləri vaxtında oxumaq lazımdır. VI sinif dərsini VI sinifdə, VII sinif dərsini də VII sinifdə. Beləliklə, hər şeyə vaxt çatdırmaq olar. İmtahana bir ay qalmış da bütün mövzuları gücləndirilmiş rejimdə təkrar etmək mütləqdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Günel
    Liseyn şagirdinin repetitora ehtiyacı olmur.tam orta məktəb şagirdlərinin olur.düzgün təhsil almaq istəyənjn təbii.insanların haqqına girməyin
    1 year ago
  • Namiq
    Bu nə vaxtın xəbəridir belə?
    1 year ago
  • Nail
    Kecen ilin xeberi deyil bu?
    1 year ago
  • Perviz
    Aprelin 16 nedir?
    1 year ago
  • Məmmədov Namiq Eldar
    Salam. Aprelin 16-da keçirilən imtahanın nəticələri necə elan oluna bilər? Nəzərinizə çatdırım ki, hələ mart ayıdır. Digər bir tərəfdən, 9-cu siniflər üçün buraxılış imtahanı hələ keçirilməyib, necə ola bilər ki,şagird həmin imtahanda iştirak etsin?
    1 year ago
  • Fikrət
    Azərbaycanda savadlilar gedib xaricdə basqa ölkələrə xidmət edir, bu olkənin elimə diqqətsizliyidir.
    1 year ago