31 nəfərin namizədliyi qeydə ALINIB

saytların hazırlanması

Evə çatdırılma

31 nəfərin namizədliyi qeydə ALINIB

Siyasət

24 İyul 2024 10:20 608


Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərin sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, 125 dairə üzrə 1200 nəfərdən çox şəxs namizəd olmaq üçün müraciət edib. Sədrin sözlərinə görə, 31 nəfərin namizədliyi qeydə alınıb. Dominos pizza

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!