“32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub”

saytların hazırlanması

Evə çatdırılma

“32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub”

Sosial

21 Fevral 2025 11:41 156


Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb: “Həmin domen də tərəfimizdən bloklanıb”. pizza mizza

Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!