Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb.
“Yeni Sabah” xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb. pizza
Telegram kanalımız