Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.
Yenisabah.az xəbər verir ki, qız və onun kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.
Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb. Pepperoni pizza
Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.
Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir necə müəyinədən keçiblər.
Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.
Daha ətraflı süjetdə:
/Xəzərxəbər.az
Telegram kanalımız