39 deputat: İranda nüvə silahının yaradılmasına icazə verilsin

saytların hazırlanması

Evə çatdırılma

39 deputat: İranda nüvə silahının yaradılmasına icazə verilsin

Dünya

09 Oktyabr 2024 16:32 720


Bir qrup İran parlamentarisi İsrailin təhdidləri ucbatından Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının yaradılmasına icazə verməyə çağırıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, Məclisin mədəniyyət komissiyasının üzvü Həsənəli Əxlaqio Əmiri müraciəti imzalamış 39 deputat adından deyib:

“Bu gün heç bir beynəlxalq təşkilat, hətta Aİ və ABŞ İsrailə nəzarət edə bilmir. Buna əsaslanaraq 39-a yaxın parlamentari Ali Milli Təhlükəsizlik Şurasına məktub yazaraq İslam Respublikasının müdafiə doktrinasına yenidən baxmağa dəvət ediblər”. Sezar pizza

İranın müdafiə doktrinası hazırda Ayətullah Xamnəinin fitvasına əsasən, nüvə silahının yaradılmasını qadağan edir.

Əxlaqi əmirinin fikrincə, qadağaya yenidən baxıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!