Almaniya kansleri Olaf Şolz Ramşteyn aviabazasında Ukrayna təmas qrupu ilə görüşdən əvvəl ABŞ, Fransa və Böyük Britaniya liderləri Co Bayden, Emmanuel Makron və Keir Starmeri qəbul edəcək.
Yenisabah.az Bloomberg istinadla xəbər verir ki, görüş Şənbə günü keçiriləcək.
Liderlər Kiyevə hərbi və maliyyə dəstəyinin davam etdirmək, habelə “ədalətli və davamlı sülhə nail olmaq yollarını” tapmağa diqqət yetirəcəklər. pizza mizza
Bu görüşdən sonra onlar oktyabrın 12-də Ukrayna üzrə Təmas Qrupunun sammitinin keçiriləcəyi Ramşteyn bazasına baş çəkəcəklər. 50-yə yaxın ölkənin qatıldığı qrupun sammitində 20-yə yaxın dövlət lideri, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski iştirak edəcək.
Telegram kanalımız