4 prezident, 2 baş nazir Şuşada

saytların hazırlanması

Evə çatdırılma

4 prezident, 2 baş nazir Şuşada

Siyasət

05 İyul 2024 09:31 11228


Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. 

Yenisabah.az-ın məlumatına görə, sammit iki gün davam edəcək. 

Tərəflər təbii fəlakətlər, iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərini, həmçinin TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsini müzakirə edəcəklər.  pizza hut

Sammitdə Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri, Türkiyə və Macarıstan hökumət başçıları iştirak edəcəklər. 

Qeyd edək ki, Şimali Kipr prezidenti Ersin Tatarın da görüşdə iştirak edəcəyi gözlənilir. 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyi bildirilsə də, son anda onun Azərbaycan səfərini təxirə saldığı, 6 iyulda Amaniyaya gedəcəyi və Türkiyə millisinin oyununu izləyəcəyi bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!