40 minlik qadın ayaqqabısı oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

40 minlik qadın ayaqqabısı oğurlandı

Kriminal

15 May 2019 10:01 1826


Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib. Pepperoni pizza

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!