Futbol üzrə Portuqaliya milli komandası UEFA Millətlər Liqasının qalibi olub.
Yenisabah.az xəbər verir ki, onlar finalda İspaniya millisini məğlub etməyi bacarıb. Əsas hissəsi 2-2 hesabı ilə bitən matçın penaltilər seriyasında portuqallar 5-3 üstün olublar. Portuqaliyanın bərabərlik qolunu 40 yaşlı Kristiano Ronaldo vurub. O, turnirdə qol vuran ən yaşlı futbolçu olub.
Bu nəticə ilə Portuqaliya millisi analoji turnirdə 2-ci çempionluğunu qazanıb. pizza hut
Telegram kanalımız