5 ay üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

5 ay üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

İqtisadiyyat

25 İyun 2019 15:16 1179


Yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən  bildirilib. Könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon manat, ödənişlər isə 29.8 milyon manat olub.

Beş ayda sektor üzrə məcmu sığorta haqlarının 66.6 faizi könüllü, 33.4 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3 faizi könüllü, 31.7 faizi icbari sığorta növləri hesabına formalaşıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!