“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişinlərin işə gecikməsi ilə bağlı arayışların verilməsi sosial mediada müzakirələrə səbəb olub. Bir çoxları 5 dəqiqəlik gecikmə üçün 1 saat arayış gözləməyin çox yersiz olduğunu deyib. Bəs görəsən, belə situasiyalarla bağlı qanunvericilik nə deyir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmək məsələləri üzrə vəkil Pərviz Hüseynov bildirib ki, qanunvericiliyə görə, işçi gecikmə halları ilə bağlı işlədiyi müəssisəyə izahat göstərməlidir:
“Qanunvericilikdə işə gecikmə ilə bağlı üzrlü səbəb göstərilib-göstərilməmə öz əksini tapır. Üzrlü səbəb əsas gətirmək şəxsə, vəzifəyə görə dəyişir və bunun hansısa standartları yoxdur. Məsələn, qatarla da, təyyarə ilə də, marşrutla da gecikmə ola bilər. Deyək ki, şəxs xaricdədir. Şənbə günü gedib bazar ertəsi qayıtmalıdır, ancaq bilet tapa bilmir. Burada müraciət hüququ formalaşır. Vətəndaş izahatını verməlidir, gecikməyə əsas göstərməlidir”. pizza sifarişi
Hüquqşünas qeyd edib ki, işəgötürən gecikmənin səbəbini dəqiqləşdirmək üçün arayışı verən quruma sorğu ünvanlamalıdır:
“İşəgötürənin də hüququ var ki, aidiyyəti üzrə sorğu verib dəqiqləşdirmə aparsın. Bunun ən rahat çıxış yolu işəgötürən tərəfindən tənzimlənə bilər ki, bu hüquq işçilərə yaradılsın. İşçi gecikməsi ilə bağlı səbəb göstərdikdə, rəhbərlik dərhal sorğu verib məlumatı dəqiqləşdirə bilsin. Çünki işçi hər dəfə bu amillərlə bəhanə gətirib, sui-istifadə etmə halları formalaşa bilər. Bunun qarşısını almaq sadəcə işəgötürən tərəfindən formalaşmalıdır. İşçi hər dəfə bir izahat tapıb gətirib işəgötürənə verəcəksə, bu o demək deyil ki, məsuliyyətdən azad edilir”.
P. Hüseynov vurğulayıb ki, sözügedən hallarla bağlı qanunvericilikdə tənzimləmələrə ehtiyac var:
“Məlumdur ki, bu gün bir çox şeyləri süni intellektlə əldə etmək olur. Bu baxımdan, ədalətli və düzgün yanaşma üçün işçinin arayış gətirdiyi quruma sorğu verib vəziyyəti dərhal dəqiqləşdirməsi prinsipi formalaşdırılmalıdır. Belə olduqda, işçi bunu dərk edir. Həm sui-istifadələrin qarşısı alınır, həm də gecikmə səbəbi həqiqətən varsa, üzrlü səbəb göstərərək, cəzadan yayına bilər. Ən adekvat həll yolu budur”.
Nazim Hacıyev
Telegram kanalımız