5 nəfərin ölümü ilə bağlı -   Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

5 nəfərin ölümü ilə bağlı - Nazirlikdən açıqlama

Kriminal

11 May 2019 11:16 984


Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən  "Yeni Sabah"a verilən məlumata görə, mayın 10-da saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini İlham Həsənovun idarə etdiyi “İveco” markalı yük və Şabran rayon sakini İlham Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşduqdan sonra aşıblar.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri, həmyerliləri Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər. Pepperoni pizza

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!