50 beynəlxalq film festivalı gəzən “Çölçü” filminin rejissoru:   “Başqa yolumuz da yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

50 beynəlxalq film festivalı gəzən “Çölçü” filminin rejissoru: “Başqa yolumuz da yoxdur”

Mədəniyyət

15 Avqust 2021 21:50 1769


“Çölçü” filmi “Oskar” film müsabiqəsində uzun siyahıya daxil olan yerli filmlərimizdəndir. 5 qitə, 50 beynəlxalq film festivalında ölkəmizi təmsil edib. Onlardan 2-si "A” kateqoriyalı festival. 14 beynəlxalq festivalda baş mükafat. Dəfələrlə "ən yaxşı rejissor”, "ən yaxşı aktrisa”, "ən yaxşı aktyor” və digər nominasiyalar üzrə birincilik əldə edib. Bu uğurlarla kifayətlənməyən "Çölçü” filmi, üstəlik, Amerika, Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunaraq 100 GB formatında, müəyyən serverlərdə qorunub saxlanılır. Di gəl ki, bugün də film haqqında danışılır və müzakirə olunur. Filmin rejissoru Şamil Əliyevin yeni filmi isə artıq yoldadır.

Yenisabah.az xəbər verir ki, rejissor yeni filminin əldə etdiyi uğurları və qarşıdan gələn kino mövsümü ilə bağlı gözləntilərini Moderator.az-a bölüşüb:

“Fəaliyyətimiz davam edir. Pandemiyada belə işsiz dayanmırıq. “Yaradanlar” adlı tammetrajlı  sənədli bədii filmimiz hazırdır. Amma pandemiya imkan vermədi ki, filmin premyerasını edək. Film bir neçə beynəlxalq festivalda mükafata layiq görülüb. pizza mizza

2014-cü ildə tamamladığım “Xalı” adlı bir filmin ssenarinə filmin çəkilməsini çox arzu edirəm. Bu ssenarini bir neçə dəfə keçmiş mədəniyyət naziri Əlbülfəs Qarayevə təqdim etmişdim. Tammetrajlı bədii filmin ssenarisinin mövzusu Azərbaycan üçün əhəmiyyətlidir. Filmin çəkilməsi üçün bir neçə dəfə keçmiş nazirə müraciət etdik, ancaq bədxah insanlar buna mane oldu. İndi mədəniyyət nazirliyində yeni ab-hava yaranıb. Ümid edirəm ki, “Xalı”-nın çəkilməsi üçün gözlənilən dəstəyi görərik”. 

Şamil Əliyevə “Çölçü” filiminin beynəlxalq arenaya çıxdığı zaman müəyyən qurumlarda yaranan etirazlarla bağlı ona ünvanladığımız sualı cavalandırarkən sapı özümüzdən olan baltardan da danışdı: “Həyat bir mübarizədir. Biz mübarizə aparmağa məcburuq. Bəzən özlərinə ziyalı deyən insanlar başqalarına həsəd aparır. Həsəd keçir paxıllığa və bu paxıllıq hissi onların özlərinə də rahatlıq vermir. Müəyyən zaman çərçivəsində yaxşı layihələrin qarşısına keçirlər. Gərək bunlardan küsüb geri çəkilməyəsən. Hər insan da buna dözmür, depressiyaya qapılır. Özüm bir neçə dəfə depressiyanın kəndarında olmuşam. Dırnaqarası dostlarımızın xoşagəlməz münasibətlərində mənə pis təsir edən məqamlar olub. Boş verib irəli baxmaq, film çəkib ortaya qoymaq lazımdır. Kim ki, pislik edirsə bunu özünə etmiş olur. Əslində başqasına pislik edən insanlar bilmirlər ki, o pisliyi özlərinə edirlər. Pislik etmək müəyyən energetika ilə yaşamaqdır. Bu da insan mənəviyyatına, psixikasına öz təsirini göstərir. Pislik edənlərin qarşısına ondan da betəri çıxıb, ona min betərini edir. Yaradıcı insan neqativ enerjiylə yaşamamalıdır. Neqativ enerji insanın içindəki o işığı öldürür. Sənət son məqamda insana ümid verməlidir ki, yaşaya, irəli gedə biləsən”. 

Ş.Əliyevlə “Çölçü”-nün əldə etdiyi nailiyyətdən danışdıq. Daha sonra qarşıdan gələn yeni mövsümdə Azərbaycan kinosunda gözləntilərini də xəbər aldıq. Rejissor filminin dünya kino bazarına, festivallara çıxışını prodüserlə birlikdə həll etməli olduğunu vurğuladı:

“Bizdə bu sahədə yeni-yeni addımlar atılır. Belə ki, yeni  prodüser İnstitutu formalaşmağa başlayır. “Çölçü” filmini çəkdikdən sonra mən məcbur idim ki, filmin prodüserliyini də edim. Formal olaraq isə filmdə prodüser kimi başqasının adı yazılmışdı. Bu gün isə Azərbaycanda yaxşı prodüserlər yetişməyə başlayıb. 2-3 il müddətində peşəkar, dünya standartlarına cavab verən prodüserlərimizi görə biləcəyik. 

Ümidimiz gənclərədir, artıq başqa yolumuz da yoxdur. İndiki gənclər də dünyaya çıxır. Gənc rejissorlarımız qısametrajlı filmlər çəkir və biz bu filmləri xarici festivallarda da görürük. İnanıram ki, bu mövsüm Azərbaycan kinosu uğurlu intibah dövrünü yaşacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!