50 gündür ki, Qəzzaya ərzaq çatdırılmır - BMT

saytların hazırlanması

Evə çatdırılma

50 gündür ki, Qəzzaya ərzaq çatdırılmır - BMT

Dünya

05 Dekabr 2024 14:43 338


50 gündən artıqdır ki, Qəzza zolağının şimalına ərzaq demək olar ki, çatdırılmır.

Yenisabah.az xəbər verir ki, bunu BMT-nin Dünya Ərzaq Proqramının (WFP) Fələstin ərazilərindəki direktoru Antuan Renard deyib.

Onun sözlərinə görə, Qəzzada müşahidə olunan dağıntı və aclıq səviyyəsi əvvəlkindən daha pisdir: Pepperoni pizza

“İnsanlar artıq vəziyyətin öhdəsindən gələ bilmirlər. Ərzaq demək olar ki, gəlmir, bazarlar boşdur. Noyabr ayında təxminən 815 min insan WFP-dən ərzaq yardımı aldı ki, bu da ehtiyacı olanların ancaq yarısıdır”.

Renardın hesablamalarına görə, Fələstində 2,2 milyona yaxın insan kəskin qida çatışmazlığı ilə üzləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!