50 il sonra müsəlman oldu:  “26 ildir oruc tuturam”

saytların hazırlanması

Evə çatdırılma

50 il sonra müsəlman oldu: “26 ildir oruc tuturam”

Maraqlı

13 Aprel 2024 12:59 1599


Məşhur sambo məşqçisi, idmançı Vitaliya Puşkin 50 il sonra müsəlman olub. 

Bakupost.az xəbər verir ki, o, daha sonra Müslimzadə Hacı Məhəmməd adına keçdiyini bildirib:

"Öncə Vitaliya Puşkin, hazırda isə Müslimzadə Hacı Məhəmməd. Mən keşləli balasıyam. 11 il Almaniyada, 4 il Kanadada yaşamışam. Orada məşqçi kimi işləmişəm. Mənim dostlarım hamısı azərbaycanlılar olub. 11-12 yaşlarından samboya qatılmışam. Mənə SSRİ-də sambonun yaradıcısı Anatoliy Arkadio Çarlanbır "Azərbaycan pələngi" adını verdi. Axırıncı dəfə Şotlandıyada 69 yaşımda güləşmişəm. Əsl idmançı siqaret çəkməz, içki içməz". Sezar pizza

İdmançı İslam dinindən də danışıb:

"Namaz İslamın açarıdır, sütülüdür. Mən İslama 50 yaşında gəldim. Artıq uşaq deyildim. İslam çox gözəl dindir. Hər gün məsciddə oluram. 26 ildir ki, oruc tuturam. 3 dəfə Məkkədə olmuşam". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!