50 qəpiyə alıb iki manata satırlar - Video

saytların hazırlanması

Evə çatdırılma

50 qəpiyə alıb iki manata satırlar - Video

İqtisadiyyat

26 İyul 2019 18:06 1594


Xaçmazın şaftalı bağlarında iyulun ilk günlərindən yığıma başlanılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun meyvə bağlarında “Zolotoy”, “Fədai” və “Nektarin” kimi sortların yığımı həyata keçirilir.

Son beş ildə məhsuldarlığın 4-5 qat aşağı düşdüyü deyilir. Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane etmir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50-80 qəpiyə satırlar. Bu qiymət isə istehsal və yığım xərclərini belə tam ödəmir. Pepperoni pizza

Bağdan alınan məhsul şəhər piştaxtalarında 3-4 dəfə baha satılır. Yığılan məhsul paytaxt bazarına və Rusiya Federasiyasına göndərilir.

Qeyd edək ki, ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağları var. Hər il bu bağlardan 20 min tonadək şaftalı toplanır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!