Almaniya hökuməti 4 günlük iş rejiminə keçməklə bağlı pilot layihə qəbul edib. Hazırda 50 özəl şirkət, 4 günlük iş rejiminin yoxlama mərhələsinə başlayıb.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, alman mütəxəssislər yalnız istehsal gücünün 20 faiz artması müqabilində, 4 günlük iş rejiminin faydalı olacağını bildirir. Almaniyanın bir çox qonşusu, o cümlədən Fransa da sistemin tətbiqinə start verib.
Hazırda Almaniyada şirkətlər işçi azlığından və peşəkar kadr çatışmazlığından gileylənir. 4 günlük iş rejiminin tətbiqinin xarici ölkələrdən istedadlı gənc kadr axınına səbəb olacağı gözlənilir. Marqarita pizza
Nazim Hacıyev
Telegram kanalımız