Əkiz körpə dünyaya gətirən 53 yaşlı qadının doğumdan sonra ölümünə səbəb tənəffüs çatışmazlığı olub.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu, Sabunçu Tibb Mərkəzindən bildirilib.
Saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb. pizza sifarişi
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm olan qız dünyaya gəlib.
Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.
Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan iki saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
Saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, yenidoğulmuşların müalicəsi davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Telegram kanalımız