59 nəfərə pulsuz ev verildi

saytların hazırlanması

Evə çatdırılma

59 nəfərə pulsuz ev verildi

Sosial

10 May 2025 10:55 490


Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib. 

“Yeni Sabah” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir. Marqarita pizza

Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.

Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!