6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət hamını şoka saldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət hamını şoka saldı - Video

Dünya

10 Sentyabr 2019 16:06 1269


Çində 6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çanqpinq şəhərində Çen adlı kişi avtomobili işlək vəziyyətdə saxladıqdan sonra işini həll etməyə gedib.

Bu zaman maşındakı 6 yaşlı oğlu sükan arxasına əyləşib və əyləci sıxıb. Avtomobil öncə qabağa gedib, sonra sürətlə arxaya doğru hərəkət edib. Ata qaçaraq maşının qapısını açmağa çalışsa da, artıq gec olub. Avtomobil arxadakı çuxura düşüb. pizza

Hadisə zamanı uşaq xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib.

Məsuliyyətsiz hərəkət edən ataya pul cəzası veriləcəyi bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!