66 yaşlı kişi niyə pensiya ala bilmir?   – Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

66 yaşlı kişi niyə pensiya ala bilmir? – Nazirlik açıqladı

Sosial

08 İyun 2020 16:01 4590


“Saytlardan birində 1954-cü il təvəllüdlü Canbaxışov Cavanşir Kamal oğlunun dərc olunan şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda araşdırma aparılıb. Vətəndaş 05.12.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edib. Müraciətinə baxılarkən onun yaşa görə əmək pensiyası təyin etmək üçün tələb olunan nə 25 il iş stajı, nə də 2006-cı ildən sonra minimum pensiya kapitalı olmadığı müəyyən olunub”. 

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib. Onun sözlərinə görə, təqdim olunmuş əmək kitabçaları üzrə iş stajının 7 il 6 ay 10 günü qeyri-dövlət müəssisələrini əhatə edib:

“Qeyri-dövlət müəssisələrində işlədiyi dövrlərin düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığından bu illər sığorta stajına daxil edilməyib. Nəticədə özəl müəssisələrdə işlədiyi dövrləri nəzərə almadıqda onun iş stajı 25 ildən az olub. (18 il 2 ay). Həmçinin fərdi hesabında 2006-cı ildən sonra pensiya kapitalı olmadığından mövcud pensiya qanunvericiliyinə əsasən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparmaq mümkün olmayıb. Onu da qeyd edim ki, 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər yaşa görə pensiya hüququ olmadıqda yaşa görə müavinət hüququ qazanırlar. C.Canbaxışovun bu ilin yanvarın 1-dən yaşa görə sosial müavinət hüququ yaranıb. O, 1 saylı DOST Mərkəzinə müraciət etməklə hüququ yaranan tarixdən (1 yanvar 2020) müavinət təyin ediləcək. Bu barədə vətəndaşa da məlumat verilib”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!