69 yaşlı qadın ölüb, yoxsa öldürülüb? - Prokurorluq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

69 yaşlı qadın ölüb, yoxsa öldürülüb? - Prokurorluq açıqladı

Kriminal

14 Sentyabr 2022 12:42 1007


Bəzi media qurumlarında guya Masallı rayonunun Hacıtəpə kənd sakini 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya qurum tərəfindən təkzib olunur: Toyuqlu pizza

"Belə ki, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaq orada vəfat edib.

Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq edib. 

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma davam etdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!