Müğənni Lolita Milyavskaya Ali Radanın ölkə radiosunda və ictimai yerlərdə rus musiqisinin səsləndirilməsinin qadağan edilməsi təklifinə cavab verib.
Yenisabah.az "Qovorit Moskva"ya istinadla xəbər verir ki, müğənni deyib:
“Mən 6 ildir vətənə girişi qadağan olunmuş adamam və internetdə mənə yazırlar: “Vətənə xəyanət etdin”. Başlanğıcda vətən mənə xəyanət etdi, ciddi desəm. Mən işləmək imkanı uğrunda mübarizə aparmamışam, Ukraynaya getməyimə icazə verilməsini xahiş edən tövbə məktubları yazmamışam. pizza mizza
Əgər vətənim qərara gəlib ki, mənim orada olmağıma ehtiyac yoxdur, deməli, mənə həqiqətən ehtiyac yoxdur".
Telegram kanalımız