“7 canlı” yenidən yarımçıq dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“7 canlı” yenidən yarımçıq dayandırıldı

Şou

15 Fevral 2022 00:12 1526


Bu gün Vüsalə Əlizadənin aparıcılığını etdiyi "7 canlı" proqramının yayımı növbəti dəfə yarımçıq dayandırılıb.

Yenisabah.az xəbər verir ki, "ATV" kanalında nümayiş olunan verilişdə Xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayev qonaq olublar.

Proqram başladıqdan 1 saat 11 dəqiqə sonra, Vüsalə Əlizadənin reklam təqdimatı yarımçıq kəsilib. Daha sonra "7 canlı"nın  yerinə "Külləmə" adlı komediya şousu efirə gedib. Dominos pizza

Proqramın hansı səbəbdən kəsilməsi ilə bağlı isə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, ötən ay da "7 canlı" proqramının yayımı yarımçıq dayandırılmışdı. ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli isə Axşam.az-a açıqlamasında buna texniki problemin səbəb olduğunu bildirmişdi.Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!