7 yaşlı uşaq çayda xəzinə tapdı

saytların hazırlanması

Evə çatdırılma

7 yaşlı uşaq çayda xəzinə tapdı

Dünya

22 Sentyabr 2019 15:22 1498


Şotlandiyanın Şimali Lanarkşir əyalətinin Bonkl kəndindən olan 7 yaşlı Kempbel But (Campbell Booth) çayda gəzərkən gizli xəzinə aşkar edib.

"Yeni Sabah" "Ölkə.az"a istinadən bildirir ki, bu barədə məlumatı Daily Mirror qəzeti yayıb.

Qəzetin yazdığına görə, Kempbel atası Qrem (Graeme) və itlə çay kənarında gəzərkən Kalder çayının sahilə yaxın hissəsində sarı parıldayan əşya görüb. 7 yaşlı oğlan gördüyü sarı əşyanın şokolad moneti olduğunu düşünərək onu sudan götürmək qərarına gəlir.  Sezar pizza

"Götürüb diqqətlə baxdıqda başa düşdüm ki, bu metaldır. Biz oradan qızıl və gümüşdən olan boyunbağı tapdıq", - Kempbel qeyd edib.

7 yaşlı oğlan  tapdıqları xəzinənin dəyərini bilməsə də, əşyaların çox ağır olduğunu deyib.

Kempbelin atası Qrem isə bildirib ki, onlar xəzinəni polisə təslim etmək qərarına gəliblər.

"Düşündük ki, bu, kiminsə nənəsinin bəzək əşyaları ola bilər və polisə təqdim edib, qanuni yolla sahibinə qaytarmaq istədik".

Polis isə tapılan əşyaların əvvəllər hər hansı cinayət əməli ilə bağlı olub-olmadığını araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!