71 yaşlı Sezen Aksu uzun fasilədən sonra belə görüntüləndi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

71 yaşlı Sezen Aksu uzun fasilədən sonra belə görüntüləndi - FOTOLAR

Şou

06 Oktyabr 2025 15:08 726


Türk musiqisinin əfsanəvi siması Sezen Aksu uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.

Yenisabah.az xəbər verir ki, sənətçi dostları ilə birlikdə Kanlıca və Çubuklu sahili boyunca gəzintiyə çıxarkən obyektivlərə tuş gəlib.

Gəzinti zamanı pərəstişkarları ilə qarşılaşan 71 yaşlı Aksu onlarla səmimi şəkildə ünsiyyət qurub, foto çəkdirmək istəyənləri geri çevirməyib. Uzun müddətdir səhnədən uzaq qalan və mediada görünməyən sənətçinin bu görüntüləri sevənləri üçün xoş sürpriz olub. pizza mizza

Xatırladaq ki, Sezen Aksu 3 illik fasilədən sonra 2025-ci il iyunun 27-də “Paşa Gönül Şarkıları” adlı albomunu təqdim etmişdi. Albom qısa zamanda böyük maraqla qarşılanmış, xüsusilə Aksunun mərhum Ferdi Tayfurun xatirəsinə ifa etdiyi “Bana Sor” mahnısı diqqət çəkmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!