İkinci Dünya Müharibəsi qazisi Ermanto Piveta koronavirusa qalib gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, əsgər papağı və şalvarını geyinən 99 yaşlı qoca əsgər salamı verərək Brazilia Silahlı Qüvvələri Xəstəxanasından təxliyə olunub. Bu zaman xəstəxanadakı hər kəs onu alqışlayıb. Piveta yerli mətbuata açıqlamasında "Bu mübarizəni qazanmaq müharibəni qazanmaqdan daha önəmli idi" deyib.
Qeyd edək ki, əhalisinin sayı 210 milyondan çox olan Braziliyada 28 min 320 nəfər koronavirusa yoluxub, 1736 nəfər isə mübarizədə məğlub olaraq həyatını itirib. pizza mizza
Sayad Həsənli
Telegram kanalımız