Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən 1989-cu il təvəllüdlü Müşfiq Qurbanova (ad və soyadlar şərtidir) hökm oxunub. O, məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə 2021-ci ilin iyulun 31-də baş verib. Araşdırmalar zamanı məlum olub ki, 2013-cü il təvəllüdlü Gülnar Mehdiyeva uşaqları həyətə çağırmaq üçün binanın beşinci mərtəbəsinə qalxmaq istədikdə M.Qurbanov arxasınca üç və dördüncü mərtəbələrin arasında olan meydançada onu arxadan bel nahiyəsindən tutmaqla özünə yaxınlaşdırıb və ona qarşı əxlaqsızlıq edib. Uşağın qışqırararaq azyaşlı dostlarını köməyə çağırdığını görən M.Qurbanov aşağı enərək oranı tərk edib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Müşfiq Qurbanov ona elan olunmuş ittiham üzrə öz mövqeyini bildirmədən susub və ifadə verməyib. Dördpendirli pizza
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ifadəsində bildirib ki, övladı həyətdə qonşularının azyaşlı uşaqlarının oynadığını görüb ondan onlarla oynamaq üçün icazə alıb və qızı evdə geyindiyi mavi və ağ rəngli şortiki, boz rəngli koftası, idman ayaqqabısı və saçına bağlanan uzun ip ilə evdən çıxıb: “10-15 dəqiqədən sonra qonşular zəng edərək uşaqların blokda qışqırdıqlarını və nə baş verdiyini öyrənmək üçün Gülnar ilə maraqlanmağımı xahiş etdilər. Eyvana çıxanda qızımın ağladığını gördüm və evə çağırdım. Olanları mənə danışdı. Qızımın sözlərinə şübhə ilə yanaşdığımdan binanın müşahidə kameralarına qonşum vasitəsi ilə baxmaqla Gülnarın söylədiklərinin həqiqət olduğuna inandım. DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat verdim”.
Nəzrin CAVADZADƏ
Telegram kanalımız