“8:0 hesabı ilə qalib gəlməyimiz real görünmür“ - Müller

saytların hazırlanması

Evə çatdırılma

“8:0 hesabı ilə qalib gəlməyimiz real görünmür“ - Müller

İdman

30 Noyabr 2022 11:39 987


Almaniya millisinin hücumçusu Tomas Müller DÇ-2022-nin 3-cü turunda Kosta-Rika ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında onlara lazım olan böyükhesablı qələbənin çətin olacağını bildirib:

“Biz favoritik. Qalib gəlmək üçün oynamalıyıq. Çünki pley-offa çıxmaq şansımız var. Nəyə qadir olduğumuzu göstərməliyik. pizza

Səkkiz qolluq qələbə bizə pley-offa zəmanət verirmi? Biz ən yaxşı oyunumuzu göstərmək niyyətindəyik, lakin dünya çempionatında 8:0 hesabı ilə qalib gəlmək real görünmür".

Qeyd edək ki, Almaniya və Kosta-Rika matçı dekabrın 1-də keçiriləcək. Almaniya millisi 1 xalla qrup sonuncusudur. Komandanın qrupdan çıxmaq şansı öz əlində deyil. Bundestim Kosta-Rikaya qalib gəlsə belə, qrupdan çıxması Yaponiya - İspaniya oyununun nəticəsindən asılı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!