881 nəfərin namizədliyi qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

881 nəfərin namizədliyi qeydə alındı

Siyasət

03 Avqust 2024 15:23 660


İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1462 namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib. İndiyə qədər 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Dominos pizza

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!