İmişlidə SSRİ bayrağını kim asıb? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə SSRİ bayrağını kim asıb? - VİDEO

Sosial

13 May 2025 12:39 7344


İmişli rayonunda 9 May faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib. 

Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu faktı qınayanlar çoxluq təşkil edir. pizza hut

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:

“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fuad
    Sovet bayragi bizim yaxin keçmişimizin atributudur bunu basa dusmək olar,amma qeorqi lentinin asılmasına o ağsaqqala bagislamaq olmaz.bu satqinliqdir .
    12 months ago