Müğənni Damla (Məsumə Əliyeva) yenidən plastik əməliyyata girib.
Bu haqda Yenisabah.az-a ifaçının prodüseri Şamil İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Damla 9 saatlıq ağır əməliyyat keçirib: Dördpendirli pizza
“Damla xanım hazırda xəstəxanadadır. Əməliyyat bitib narkozdan ayılıb, lakin hələ də sistem altındadır. Yavaş-yavaş ayılır. Evə nə vaxt buraxılacağı dəqiq deyilməyib. Yəqin ki, sabah, ya da birisigün evə buraxılar. Özünə deyirlər ki, nə vaxt istəsən gedərsən. Özünü nə vaxt hazır hiss etsə, o zaman çıxacaq”.
Prodüser Damlanın bu əməliyyata sənəti üçün girdiyini bildirib:
“Çox qorxurdu, amma sənətinə görə girdi bu əməliyyata, çünki sənətini sevir. Növbəti klipinə görə əməliyyat olundu”.
Qeyd edək ki, Damlanın nə əməliyyat etdirdiyi deyilməsə də, pərəstişkarları bunun sinəkiçiltmə olduğunu iddia ediblər. Müğənninin boğazının ltına çəkilmiş xəttlər bunu təsdiq edib.
Telegram kanalımız