90 yaşlı Xalq artisti: “Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?!”

saytların hazırlanması

Evə çatdırılma

90 yaşlı Xalq artisti: “Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?!”

Mədəniyyət

08 Mart 2024 16:35 25098


Bu gün Xalq artisti Ceyran Haşımovanın 90 yaşı tamam olur. 1964-cü ildə “Lalə” qızlar ansamblını yaradan Ceyran Haşımova ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin təbliğinə həsr edib. Amma o, bu gün Mədəniyyət Nazirliyinin fəaliyyətindən narazıdır. 

Ceyran Haşımova 90 illik yubileyi ilə əlaqədar Yenisabah.az-a açıqlama verib. O, səhhətində müəyyən problemlərin olduğunu bildirib: 

“Hazırda bir az xəstəyəm. Yubileyimlə bağlı, sağ olsunlar, kanallar dəvət etmişdilər, amma təəssüf ki, səhhətimə görə gedə bilmədim. O vaxtlar da bizi hər 8 martda telekanallara dəvət edirdilər. Bu gün həm mənim ad günüm, həm 8 Mart qadınlar günü, həm də “Lalə” qızlar ansamblının yaranma günüdür. Əvvəllər Mədəniyyət Nazirliyindən də hər doğum günümdə mütəmadi təbriklər gəlirdi, amma təəssüf ki, indi onlar yoxdur. Mən Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm və hal-hazırda “Şöhrət” ordeni almalıyam, lakin ala bilmirəm. Çünki Mədəniyyət Nazirliyi bu işlə məşğul olmur. Mədəniyyət Nazirliyinin yadından çıxıb ki, mənim kimi bir sənətkarın 90 yaşı tamam olur”.  pizza mizza

Xalq artisti nazirliyin ona biganə yanaşmasından gileylənib.

“Mənimlə yaşıd olan 2-3 sənətkar qalıb. Azərbaycanda yeganə qızlar ansamblını mən yaratmışam. Mənim tələbələrim arasında çoxlu sayıda müğənnilər, xalq artistləri və əməkdar artistlər var. Mən bununla qürur duyuram. Ancaq Mədəniyyət Nazirliyi məni unudub. Nazirliyə dəfələrlə məktublar yazsam da, yalnız son dəfə yazdığım məktuba cavab gəldi. Yazmışdılar ki, baxılacaq. Bəs nə vaxt baxılacaq? Mən dünyamı dəyişdikdən sonra?”

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ziko
    Çünki mədəniyyətdən incəsənətdən xəbərsiz insanlardır. H.Əliyev ad. sarayın rəhbəri İ Qasımovu mədəniyyət naziri vəzifəsinə təyin etsələr incəsənətimiz nə qədər inkişaf edər. Sənətçilər öz xidmətinə görə qiymət alarlar.
    2 years ago
  • Rauf
    Memarlığ və arxitekturamız..mədəniyyətimiz..kadrlar diqqətsizdir..
    2 years ago
  • İlqar
    Nazirliyin fəaliyyətində hələki bir yenilik görünmür....
    2 years ago
  • Gulaya
    Mədəniyyət Nazirliyi çox bərbaddır. Ciddi tədbirlər görülməlidir.
    2 years ago
  • Ramil
    Bu nazirliyin lap zayi cixib bilinmir ne is gorduyu sanki farmalni otrub hamsi kreslo bos qalmasin olsun bu olsun bunan evvel gelenler
    2 years ago
  • Gulnara
    Bu medeniyyet nazirliyinin tamam zayi cixib olsun bu olsun bunan gelenler hamsi kreslo nos qalmasin deye sanki oturub ne is gordukleri bilinmir ne ise yaradiqlari bilinmir
    2 years ago
  • Gulnara
    Bu nazirliyin emmelli basli zayi cixib hec bir is gormurler ne bunan evvelkiler nede bu sadece farmalni otrublar orda kreslo bos qalmasin deye
    2 years ago