Allahşükür Məmmədov narkotik satarkən yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Məmmədov narkotik satarkən yaxalandı

Kriminal

28 Noyabr 2025 09:17 291


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub. pizza hut

Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!