Abramyan: “Bu, ermənilər üçün faciənin proqnozudur“ 

saytların hazırlanması

Evə çatdırılma

Abramyan: “Bu, ermənilər üçün faciənin proqnozudur“ 

Siyasət

30 İyul 2024 13:14 719


"6 il ərzində daha yaxşı gün vəd edərək sistemləri və qurumları sındırdılar, amma özləri hələ heç nə qurmayıblar". 

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın feysbuk sosial şəbəkəsindəki statusunda əks olunub.

"Təhlükəsizlikdən tutmuş xarici siyasət arxitekturasına qədər Ermənistan eksperimentlər və avantüralar yolu ilə gedir, bunun nəticələrini Ermənistanda yaşayan insanlar artıq hiss ediblər: torpaq və insan itkisindən tutmuş ləyaqətin məhvinə qədər. Dördpendirli pizza

İndiki şəraitdə hakimiyyət nə təklif edirsə etsin, nə təşəbbüs göstərir göstərsin, vətəndaşlarımız baxımından gözləntilər nəinki sıfırdır, həm də faciənin avtomatik proqnozudur", - deyə Abramyan qeyd edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!