ABŞ açıqladı: AZAL təyyarəsini bu ölkə vurub!

saytların hazırlanması

Evə çatdırılma

ABŞ açıqladı: AZAL təyyarəsini bu ölkə vurub!

Dünya

27 Dekabr 2024 09:56 37557


ABŞ və Ukrayna hesab edir ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurula bilər.

Bu barədə “Quardian” hər iki ölkənin rəsmi nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Azərbaycandan da bir neçə mənbə sözügedən versiyanı müdafiə edir. Bu arada Rusiya isə bu bəyanatlardan yan keçməyə çalışır. Pepperoni pizza

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.

Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!